Salyanda iki maşın toqquşub, 1 qadın xəsarət alıb

Salyan. 28 yanvar. REPORT.AZ/ Salyan rayonunun Qızılağac kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, 1965-ci il təvəllüdlü kənd sakini Əliyev Tahir Ağaş oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən, eyni markalı maşınla toqquşub.

Qəza nəticəsində sürücünün müxtəlif dərəcəli bədən xəsarətləri alan 1963-cü il təvəllüdlü həyat yoldaşı Nərminə Əliyeva Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Gəncə şəhərində yol qəzası baş verib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47