Salyan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xalac kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini Məmmədov Tural Novruzəli oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən “Toyota” markalı avtomobillə toqquşub.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alan VAZ-ın sürücüsü Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.