Salyanda idarə rəisi iş otağında ölüb

Salyan rayonunda idarə rəisi iş otağında dünyasını dəyişib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə "Azərpoçt" MMC-nin Salyan filialında baş verib. 

Belə ki, filialın rəisi, Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Mehdiyev Elxan Ərəstun oğlu otağında dünyasını dəyişib.

Qeyd edək ki, E.Mehdiyev bu vəzifəyə kimi bank sistemində rəhbər vəzifələrdə işləyib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47