Salyanda evdə 32 yaşlı kişinin meyiti aşkarlanıb

Salyanın Aşağı Kürkənd kəndində 32 yaşlı kişinin meyiti aşkar edilib.

“Report”un Aran bürosunun məlumatına görə, kənd sakini, 1991-ci il təvəllüdlü Alışov Fərid Xalid oğlunu meyiti öz evində deyil, başqa bir şəxsin evində aşkarlanıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə göndərilib.

F.Alışovun narkotik maddədən istifadə etdiyi güman edilir. Meyitin tapıldığı evin sakininin də saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18