Salyanda avtomobillə motosiklet toqquşub, ölən var

Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında, köhnə Ələt-Astara magistral yolun Arbatan kənd avtomobilinin kəsişdiyi ərazidə qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü, Salyan şəhər sakini, 1968-ci il təvəllüdlü Hüseynov Mübariz Əflatun oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14