Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlaında Salyan-Şirvan avtomobil yolunun rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şirvan şəhər sakini, 1965-ci il təvəllüdlü Quliyev Süleyman Yusif oğlu yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.