Salyanda avtomobil piyadanı vurub

Salyan. 1 dekabr. REPORT.AZ/ Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Sarvan kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1953-cü il təvəllüdlü Səmədov Səməd Fətalı oğlu evə gedən zaman minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02