Salyanda avtomobil piyadanı vurub

Salyan. 21 yanvar. REPORT.AZ/ Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, qəza bu gün səhər saatlarında şəhərin X.R. Ulutürk prospektində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1973-cü il təvəllüdlü Xəlilov Bəxtiyar Ağamalı oğlu yolu keçmək istəyən zaman minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45