Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Qarabağlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Qurbanov Cavad Mehdi oğlu yolu keçmək istəyən zaman avtomobil onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26