Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Arbatan kənd ərazisində qeydə alınıb.

İlkin məlumata görə, naməlum avtomobil rayonun Arbatan kənd sakini, İsayev İsmayıl Səməndər oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37