Salyanda avtomobil kanala aşıb, ölən var

Salyanda avtomobil kanala aşıb, ölən var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə ələt-Astara magistralının rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-21015” markalı avtomobil anidən idarəetmədən çıxaraq kanala aşıb.

Qəza nəticəsində rayonun Şəkərli kənd sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Ruslan Əlsəməd oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19