Salyan rayonunda avtomobil qadını vuraraq öldürüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin mərkəzində baş verib.
Belə ki, yolu keçmək istəyən zaman şəhər sakini, 1956-cı il təvəllüdlü Ağayeva Naibə Hidayət qızını avtomobil vurub.
Qadın hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.