Salyanda 78 yaşlı kişi suda boğulub

Bakı. 27 fevral. REPORT. AZ / Salyanda 78 yaşlı kişi kanalda boğulub. "Report" xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, Ağaqasım Əbilqasım oğlu Əhmədov su kanalına düşərək boğulub. Meyit kanaldan çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41