Salyanda 68 yaşlı qadını avtomobil vurub

Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistralının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən Salyan şəhər sakini, 1951-ci il təvəllüdlü Təsəlliyeva Svetlana Alışan qızını vurub. Nəticədə qadın sağ bud çanaq oynağından xəsarət alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37