Salyanda 52 yaşlı kişinin meyiti tapılıb

Salyan rayonunda kişi meyiti tapılıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Plastik yaşayış massivində qeydə alınıb.

Belə ki, həmin massivdə Kür daşqınları zamanı zərərçəkmişlər üçün yeni tikilən evlərdən birinin arasında, 1968-ci il təvəllüdlü Fələkzadə Fələk Sənan oğlunun meyiti aşkar olunub.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18