Salyanda 49 yaşlı kişi intihar edib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Salyan rayonunda intihar hadisəsi baş verib. "Report" xəbər verir ki, rayonun Təzəkənd kənd sakini, 1966-cı il təvəllüdlü Azər Əlisahib oğlu Vəliyev bu gün yaşadığı fərdi yaşayış evinin həyətindəki əncir ağacından özünü asaraq intihar edib. 

İlkin məlumata görə, 3 qız, 1 oğul atası olan Azər Vəliyev uzun müddətdir qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17