Salyanda 35 yaşlı kişi intihar edib

Salyan rayonunun Qızılağac kəndində 35 yaşlı kişi intihar edib.

“Report”un Aran bürosunun məlumatına görə, kənd sakini, 1988-ci il təvəllüdlü Mikayılov Valeh Əliş oğlu həyətdəki ağacdan özünü asıb.

V.Mikayılovun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Masazırda 4 avtomobil yanıb 10 oktyabr, 2026 / 09:11