Salyanda 31 yaşlı qadın dərmandan zəhərlənib

Salyan. 26 mart. REPORT.AZ/ Salyan şəhərində zəhərlənmə hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə Salyan şəhəri, Xəlil Rza Ulutürk küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə bina 28, mənzil 28-də yaşayan 31 yaşlı Şəbnəm Samid qızı Cəfərova bilmədən dozadan artıq dərman içib. Nəticədə dərmandan zəhərlənən qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona tibbi yardım göstərilib.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27