Salyanda 3 yaşlı uşaq su quyusuna düşərək boğulub

Bakı. 6 fevral REPORT.AZ/ Salyan rayonunda üç yaşlı uşaq su quyusuna düşərək boğulub.

"Report"un məlumatına görə, hadisə fevralın 4-də rayonun Pambıqkənd kəndində baş verib. Həmin kənddə yaşayan 2014-cü il təvəllüdlü Əli Mahmudov həyətlərindəki su çalasına düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47