Salyanda körpə suda boğulub

Salyan rayonunda 2 yaşlı uşaq suda batıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar rayonunun Amankənd kənd sakini, 2018-ci il təvəllüdlü Xankişiyev Sahil Kamal oğlu su kanala düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər