Salyanda 19 yaşlı qadın dəm qazından boğularaq ölüb

Salyan sakini dəm qazından boğularaq ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Xələc kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü Bəşirova Aynur Müşfiq qızı hamamda olarkən dəm qazından boğulub.

O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti