​Salyan şəhərində yanğın ölümlə nəticələnib

Bakı. 17 fevral. REPORT.AZ/ Gecə saatlarında Salyan şəhərində birmərtəbəli binanın 1 otağında qapı və 2 kv.m sahədə ev əşyası yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1932-ci il təvvəllüdlü Rüstəmov İbrahim Soltan oğlunun cəsədi aşkar olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər