​Salyan şəhərində ikimərtəbəli ev yanıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Salyan şəhərində yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları, qamışdan ibarət dam örtüyü və ev əşyaları yanıb.

Yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37