Salyan sakininin həyətində güclü yanğın baş verib - FOTO

Salyan. 1 noyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Salyan rayonunda yanğın hadisəsi baş verib.

"Report”un Aran bürosunun məlumatına görə, rayonun Qızılağac kəndi ərazisində 1966-cı il təvəllüdlü yerli sakin Cəfərov Rasim Habil oğluna məxsus ot tayası anidən alovlanıb.

Hadisə yerinə FHN-in Salyan Yanğından Mühafizə Hissəsinə məxsus bir neçə yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Onların səyi nəticəsində alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı 5 ədəd ot bağlaması yanaraq külə dönüb.

Faktla bağlı araşdırma aparılır.

Bundan öncə Masallıda bir həyətdə yaşayış evi, iki avtomobil və ot tayaları yanıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41