Salyan sakini qohumunun 14 min manatını oğurladı

Salyanda evlərin birindən 6 550 ABŞ dolları və 2 800 manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin qohumu E.Hüseynov müəyyən edilərək saxlanılıb.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51