Salyan sakini bıçaqlandı

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Kərimov Şamil Mikayıl oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub. 

Yaralının hansı şəraitdə və necə bıçaqlanması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39