Salyan sakini 5 kiloqram narkotik maddə ilə saxlanılıb

Salyan. 27 mart. REPORT.AZ/ Salyan rayonunda yerli sakin narkotik maddə ilə saxlanılıb.

"Report"un Aran bürosu xəbər verir ki, Salyan rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraçala kənd sakini, 1967-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlunun evindən satış məqsədi ilə saxlanılan 5 kq-a yaxın tiryək və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Hazırda əməliyyatçılar saxlanılan şəxsin evində istintaq-axtarış tədbirləri həyata keçirirlər.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41