Salyan Rayon Mühafizə Bölməsinə yeni rəis təyin olunub

Salyan Rayon Mühafizə Bölməsinə yeni rəis təyin edilib.

“Report”un Aran bürosunun məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Sədi Abbasov Salyan Rayon Mühafizə Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, S.Abbasov bu təyinata qədər Şirvan Şəhər Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.

Digər xəbərlər