Salyan Rayon Mərkəzi Poliklinikasının müdiri dəyişib

Salyan Rayon Mərkəzi Poliklinikasında kadr dəyişikliyi olub.

“Report”un Aran bürosunun məlumatına görə, poliklinikanın müdiri İsrafil Məmmədov vəzifəsindən azad olunub.

Onun yerinə Tünzalə Əhmədova təyin edilib.

Qeyd edək ki, T.Əhmədova bundan əvvəl Salyan Rayon Göz Xəstəlikləri Xəstəxanasının müdiri vəzifəsində çalışıb.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38