Sahibkarlığa Kömək Milli Fondu ​“Kredo Bank”ı məhkəməyə verib

Bakı. 28 dekabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Kredo Bank” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

“Report”un məlumatına görə, SKMF borcun tutulması barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib.

Qərardan narazı qalan “Kredo Bank” apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

İddia olunan borcun məbləği açıqlanmayıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14