Şahbuz sakini faciəli şəkildə ölüb

Şahbuz rayon sakini faciəli şəkildə ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Keçili kəndində, "Sərxanlı" adlanan ərazidə qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1981-ci il təvəllüdlü Əliyev Pirverdi Əvəz oğlu dağdan qaya balı yığarkən tarazlığı itirib.

Nəticədə o, dərəyə düşərək vəfat edib.

Digər xəbərlər

Talaçaydan sel keçir 08 iyul, 2026 / 11:03