Sabunçuda taksi sərxoş piyada qadını vurub

Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub. 

"Report" xəbər verir ki, Sabunçu rayonu Zabrat-1 qəsəbəsində "Peugeot Xəzər" markalı avtomabil 1977-ci il təvəllüdlü Novruzova Xatirəni vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona açıq kəllə-beyin travması və bədənin müxtəlif yerlərinin sıyrılmış-əzilmiş diaqnozu qoyulub. 

Taksi fəaliyyəti ilə məşğul olan sürücü polis tərəfindən saxlanılıb. Eyni zamanda, piyada qadının sərxoş olduğu müəyyən edilib. 

Ramin Şahbazov

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14