Sabunçuda piyadanı avtomobil vurub

Bakının Sabunçu rayonunda 38 yaşlı qadını avtomobil vuraraq ağır xəsarət yetirib.

"Report"un məlumatına görə, Ramana qəsəbəsində avtomobil yolu keçən Əzizova Çinarə Madar qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37