Bakıda yol qəzasında 27 yaşlı gəncin ayağı sındı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa qəsəbəsində 1994-cü il təvəllüdlü Qasımov Pünhan Qılman oğlu motosikletlə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi avtomobillə toqquşub. Xəsarət alan yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

İlqar Abdullayev

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47