Bakı. 2 iyul. REPORT.AZ/ Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.
"Report"un məlumatına görə, Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Yahya Alıyev Heydər Əliyev prospektində yerləşən asma körpüdə intihara cəhd edib. O, körpüyə çıxaraq özünü atmaq istəyib.
Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları intiharın qarşısını alıb.
Polis Y.Alıyevi saxlayıb.