Sabunçuda iki maşın toqquşub, xəsarət alan var

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, qəza paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində 1951-ci il təvəllüdlü Qəmbərov Söhbət Qüdrət oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14