Sabunçuda iki maşın toqquşub, xəsarət alan var

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Ramana qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb.

Belə ki, qəza zamanı 1995-ci il təvəllüdlü Abdulzadə Elşən Müzəffər oğlu xəsarət alıb. 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin küt travması və belin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50