Sabunçuda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbərinə görə, 1992-ci il təvəllüdlü Balakişiyev Fəqan Teyyub oğlu "Ramana" sovxozu adlanan yerdə qonşusu tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14