Sabunçuda avtomobillərin toqquşması xəsarətlə nəticələnib

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Zabrat qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1994-cü il təvəllüdlü İsgəndərov Daşqın Akif oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26