Sabunçuda avtomobillə vurulan gənc ağır xəsarət alıb

Bakının Sabunçu rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Ramana qəsəbəsində avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Həsənli Rəşad Allahverdi oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona ənsə sümüyünün xəttivari sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37