Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda, Ramana kəndində qeydə alınıb.
Belə ki, 1947-ci il təvəllüdlü Babayev Teymur Tahir oğluna qonşusu tərəfindən bıçaq xəsarəti yetirilib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəsilmiş-deşilmiş yara diaqnozu qoyulub.