Sabunçuda 32 yaşlı kişi yıxılaraq ağır xəsarət alıb

Sabunçu rayonu yeni Ramana qəsəbəsində 32 yaşlı kişi ehtiyyatsızlıq edərək yıxılıb.

"Report" xəbər verir ki, 1987 ci il təvəllüdlü Səfərov Vüsal Şakir oğlu ehtiyyatsızlıqdan yıxılıb və ona dəmir batıb. Yaralı 3 saylı şəhər kliniki xəstəxanaya çatdırılıb. 

Ona sol döş qəfəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralı əməliyyata götürülüb

Faktla bağlı polisə məlumat verilib.

Ramin Şahbazov

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14