Sabunçuda 2 maşın toqquşub, xəsarət alanlar var

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Maştağa qəsəbəsində "VAZ-2107" və başqa bir minik avtomobilinin toqquşması nəticəsində maşınlardan birində olan 1990-cı il təvəllüdlü Məmmədov Yusif Məmməd oğlu və onun 1996-cı il təvəllüdlü həyat yoldaşı Məmmədova Nailə Vahid qızı xəsarət alıb.

Yaralılar "təcili yardım" maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər