Sabunçu rayonunda yanğın baş verib

BAKI. 27 yanvar. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bu axşam yanğın hadisəsi baş verib.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 45 kv.m olan dəmir konstruksiyalardan ibarət konteyner tipli ofisin lambirdən ibarət tavanı 0,5 kv.m sahədə yanıb.

Konteynerin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41