Sabunçu rayonunda piyadanı maşın vurub öldürüb

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Zabrat qəsəbəsi ərazisində yerləşən "Seyid" marketin yaxınlığında qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Kərimova İsminaz Xudayar qızı yolu keçmək istəyərkən maşın vurub.

O, sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Faktla bağlı rayon polis idarəsində cinayət işi qaldırılıb.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14