Sabunçu rayonunda iki qadın dəm qazından zəhərlənib

Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1989-cu il təvəllüdlü Yaqubova Vüsalə İman qızı, Ramana qəsəbəsində 1986-cı il təvəllüdlü Məmmədli Şahnaz Həşim qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14