​Sabunçu rayonunda avtomobil yanıb

Bakı. 2 mart. REPORT.AZ/ Səhər saatlarında Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus "Volkswagen" markalı minik avtomobilinin arxa hissəsi və salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17