Sabunçu rayonunda 55 yaşlı kişiyə xəsarət yetirilib

Bakıda dava zamanı 55 yaşlı kişi xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Ramana qəsəbəsində 1967-ci il təvəllüdlü Məhərrəmov Sarvan Salam oğlu qonşusu ilə dava zamanı kəsici alətlə xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14