Sabunçu Rayon İcra Hakimiyyəti qarşısında qadını maşın vurub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonu ərazisində orta yaşlı qadını minik avtomobili vurub.

"Report"un xəbərinə görə, hadisə 1968-ci il təvəllüdlü Bayramova Səadət İlham qızı Bakıxanov qəsəbəsində, Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısında yolu keçmək istəyən zaman baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47