Şabranda yol qəzası olub, ölən və yaralanan var

Şabran rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 106-cı km-də, Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mitsubishi Lanser" markalı minik avtomobilinin bordürə çırpılması nəticəsində Bakı şəhər sakinləri, 1948-ci il təvəllüdlü Xasayeva Şəfiqə Abdulmütəllib qızı hadisə yerində ölüb.

Xasayev Qalib Əhməd oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər